Cəbhəyə 50 min robot göndərməyi planlaşdırırlar

05.08.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Ukrayna döyüş bölmələrini gücləndirmək üçün ilin sonuna qədər 50 min döyüş robotu istehsal etməyi qarşıya məqsəd qoyub. 

“Qafqazinfo” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, həmin robotları atıcı silahlardan qumbaraatanlara qədər müxtəlif silah növləri ilə təchiz etmək nəzərdə tutulub.  

Onlardan döyüş tapşırıqlarının icrası zamanı, həmçinin yaralıların təxliyə edilməsi üçün istifadə ediləcəyi bildirilir.   

Məlumata görə, Ukrayna Rusiyaya qarşı müharibədə  döyüş robotlarının köməyi ilə şəxsi heyətin çatışmazlığını kompensasiya etmək niyyətindədir. Bundan başqa, qeyd olunub ki, insanların robotlarla əvəz edilməsi itkiləri əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью