Cəbrayıl da Bəxtiyar Soltanovun yerini bu mütəxəssis tutacaq

17.10.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

1-ci Liqa təmsilçisi "Cəbrayıl"ın yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisini Cavid Hüseynov çalışdıracaq. 

37 yaşlı mütəxəssis doğma klubunda Bəxtiyar Soltanovu əvəz edəcək. Soltanov son turda MOİK-ə 1:4 hesabı ilə uduzduğu üçün istefaya göndərilib.

Xatırladaq ki, futbolçu karyerasını başa vurduqdan sonra 2021-ci ildə "Cəbrayıl"ın təsisçisi və çalışdırıcısı olan, komandasını Region Liqasının qalibi etdikdən sonra Premyer Liqada məşqçi kimi fəaliyyət göstərən Cavid Hüseynovun son iş yeri "Səbail" olub.   

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью