Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Birinci Liqa təmsilçisi "Cəbrayıl" daha bir əcnəbi oyunçusu ilə yollarını ayırıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi fransalı qapıçısı Matis Morvilin ardından onun həmyerlisi Noh Lobeylə də vidalaşıb.
22 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Hər iki oyunçunun adı dünən "Səbail" ilə baş tutan matçın protokolunda yox idi. Artıq onların öz ölkələrinə yola salındığı bildirilir.
Qeyd edək ki, "Cəbrayıl" Morvillə Lobeni yayda heyətinə cəlb etmişdi. "Cəbrayıl" 9 turdan sonra 12 xalla 6-cı yerdə qərarlaşıb.
Mirağa Abunə Ol Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.