Cəbrayıl , Qaradağ Lökbatan və Difai dən qələbə YENİLƏNİB

17.04.2025

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Birinci Liqada XXII turun oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub. 

Turun ilk oyunu paytaxtda keçirilib. "Cəbrayıl" "ASCO Arena"da "Mingəçevir"i qəbul edib. Matç saat 13:00-da start götürüb. Meydan sahibləri 2:0 hesablı qələbəyə seviniblər. "Mingəçevir" isə ardıcıl 3-cü oyununda da qələbə üzünə həsrət qalıb.

"Qaradağ Lökbatan" "Bakı Sportinq"in qonağı olub. Komanda səfərdən inamlı nəticə ilə dönməyi bacarıb. 

"Zaqatala" isə "Difai" ilə qarşılaşır.

Birinci Liqa

XXII tur

17 aprel (cümə axşamı)

13:00. “Cəbrayıl” – “Mingəçevir” 2:0

Qollar: M.Caniyev 6, O. Təhməzli 71

Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Rizvan Süleymanov, Şamil İmanzadə

“ASCO Arena”

16:00. “Bakı Sportinq” – “Qaradağ Lökbatan” 0:1

Qol: B. Həziyev, 60

Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev

Binə qəsəbə stadionu

16:30. “Difai” – “Zaqatala” 1:0

Qol: K. Kamta, 33

Hakimlər: Kamranbəy Rəhimov, Vüqar Bayramov, Sənan Atayev, Mahmud Bağırzadə

Şamaxı OİK stadionu

"Sabah" "Mançester Siti"yə 3 qol vurub, amma... Yeqor Xvalko: "Nəticələrimiz qış fasiləsindən sonra düzəlib" Sabiq "Qarabağ"lı vətəninə qayıtdı - Birinci Liqada çıxış edəcək Millinin məşqçiləri nə iş görürlər? - Akademiyalardan soruşduq Martinez tarixə düşdü - 1 gecədə 2 rekord
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью