Cəbrayıl, Qubadlı və Zəngilanda qum çınqıl yataqlarında bərpa işləri görülür

27.02.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.


2021-ci ildən indiyə qədər Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında çox saylı qum-çınqıl yataqlarında torpağın istismardan əvvəlki vəziyyətinə qaytarılması üçün bərpa işləri görülür.


APA-nın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilan şəhərində işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Mərkəzdə tullantıların təmizlənməsi, idarə edilməsi, həmçinin yanğın təhlükəsizliyi ilə bağlı işlər aparılır.

"Məqsəd işğaldan azad edilmiş ərazilərdə təbii landşaftın qorunmasıdır", - xüsusi nümayəndə vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью