Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Biz müharibə görmüşük, övladlarımız görməsin.
“Report” xəbər verir ki, bunu Cəbrayıl sakini, keçmiş məcburi köçkün Vəli Şıxıyev deyib.
O, əbədi sülhlə bağlı arzularını dilə gətirib: “Cəbrayıla böyük sevinc hissi ilə qayıdırıq.
Allah Prezidentimizə uzun ömür bəxş etsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.
Qoy yurdumuzda sülh, əmin-amanlıq olsun, bir daha müharibə görməyək”. “Məcburi köçkünlük həyatımızda çətinliklər yaşamışıq.
Şükür Allaha, indi Cəbrayıla qayıdırıq. Cəbrayılda əmin-amanlıq içində yaşayacağıq”, - V. Şıxıyev deyib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə Cəbrayıl şəhərinə daha 37 ailə - 212 nəfər köçürülüb.