Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 28 yanvar, AZƏRTAC
Məcburi köçkün düşəndə 8 yaşım var idi. Bu gün artıq 41 yaşım var. Çox sevincliyəm, bu gün bizim üçün çox böyük gündür.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi köçkün Lamiyə Mehraliyevə deyib.
Müəllim kimi çoxillik təcrübəyə malik olduğunu deyən L.Mehrəliyeva gələcəkdə məhz Cəbrayılda işini davam etdirmək istədiyini vurğulayıb.
"Gələcək planlarımdan biri müəllim kimi Horovluda işləməkdir. 20 il Bakı məktəblərində müəllim işləmişəm və artıq işimi orada davam etdirmək istəyirəm", - deyə o qeyd edib.
Keçmiş məcburi köçkün, həmçinin bu cür ləyaqətli qayıdışa görə Prezident İlham Əliyevə təşəkkür edib, qəhrəman Azərbaycan Ordusuna minnətdarlığını bildirib, şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıb.