Cəbrayıl sakini: Olmazın çətinlik çəkdik, amma bu gün o çətinliklər geridə qaldı | Icma.az
Oxu.az saytına istinadən Icma.az xəbər verir. "14 yaşında çıxdığım doğma yurduma dörd uşaqla qayıdıram".
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Elçin Misirxanov deyib.
O bildirib ki, ömrünün ən gözəl anlarını - uşaqlığını Cəbrayılda keçirib: "İnsanın ən gözəl günləri, anları onun uşaqlığıdır.
Mən ən gözəl çağlarımı Cəbrayılda keçirdim. Oranın hər küçəsi, hər qarışı mənə doğmadır.
Sonra köçkün həyatı yaşadıq, dəfələrlə yer dəyişdik. Bəzən kirayədə yaşadıq, bəzən yataqxanada, olmazın çətinlik çəkdik.
Amma bu gün o çətinliklər geridə qalıb. Artıq mən uşaqlığıma, Cəbrayılıma qovuşuram. 14 yaşında çıxdığım yurduma dörd övladla qayıdıram.
Orada mənə ixtisasıma uyğun işlər də təklif edilib. Düşünürəm ki, işsiz də qalmaram. Hər şeyin yaxşı olacağına inanıram.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq.
Tam oxu
Xəbəri oxu