Report.az saytından alınan məlumata görə, Icma.az bildirir. Otuz iki ildən sonra nəhayət ki, yurdumuza qayıdırıq.
“Report” xəbər verir ki, bunu Cəbrayıl sakini, keçmiş məcburi köçkün Ramiz Teymurov deyib.
O, bildirib ki, Cəbrayıla çatan kimi əvvəlcə dünyasını dəyişmiş doğmalarının məzarlarını ziyarət edəcək: “Bizim baba-nənələrimizin hamısının məzarları oradadır.
Gedib məzarları ziyarət edəcəyik. Təqaüdçüyəm, ömrümün bundan sonrakı hissəsini orada yaşayacağam”. “Əvvəlcə ziyarətgahlara gedəcəyəm.
Bundan sonra kəndimizə baş çəkəcəyəm. Müzəffər Ali Baş Komandanımız sağ olsun, Ordumuz onun rəhbərliyi altında torpaqlarımızı işğaldan azad
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin”, - R.Teymurov əlavə edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə Cəbrayıl şəhərinə daha 37 ailə - 212 nəfər köçürülüb.