Cəbrayıl sakini: Sevincimdən danışa da bilmirəm AZƏRTAC

29.11.2024

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 29 noyabr, AZƏRTAC

Mən Cəbrayıl şəhərində anadan olmuşam, orda yaşamışam, ömrümün çoxu - uşaqlığım, cavanlığım orada keçib. İndi 30 illik həsrətdən sonra yenidən ora qayıdıram. O qədər sevinirəm, heç danışa da bilmirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri bu gün Cəbrayıl şəhərinə köçən keçmiş məcburi köçkün Yusif Kərimov deyib.

O, bu günü onlara nəsib edən vətən övladlarına minnətdarlığını bildirib, şəhidlərə rəhmət, qazilərə cansağlığı arzulayıb.

Qeyd edək ki, bu gün Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə ümumilikdə 40 ailə - 200 nəfər doğma yurduna köçürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью