Cəbrayıl sakini: Yurda qayıtmaq çox gözəl hissdir | Icma.az
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Otuz iki il əvvəl doğma yurdum Cəbrayıl şəhərini məcburən tərk etmişdim.
Yurda qayıtmaq çox gözəl hissdir. “Report” xəbər verir ki, bu sözləri Cəbrayıl şəhərinə qayıdan keçmiş məcburi köçkün Amil Əliyev deyib.
O, hisslərini ifadə etməkdə çətinlik çəkib: “Bu hissləri sözlərlə ifadə edə bilmirəm.
Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevə təşəkkür edirəm. Bu günü bizə yaşatdığı üçün dövlət başçımıza minnətdarlığımı bildirirəm”.
“Fəxr edirəm ki, rəşadətli ordumuz var. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.
Bütün şəhid analarının əllərindən öpürəm”, - A.Əliyev əlavə edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu gün yola salınıb.
Cəbrayıla 49 ailə (253 nəfər) köçürülüb. Beləliklə, şəhərə köçürülən ailələrin ümumi sayı 287-yə ( 1 169 nəfər) çatıb.
Tam oxu
Xəbəri oxu