Cəbrayıl şəhərində balacaların 1 İyun sevinci FOTOLAR

04.06.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cəbrayıl, 4 iyun, A.Yavərzadə, AZƏRTAC

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Cəbrayıl şəhərində tədbir təşkil olunub. Tədbir Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə Mehdi Mehdizadə adına tam orta məktəbdə baş tutub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram tədbiri uşaqlar üçün zəngin və əyləncəli proqramla yadda qalıb. Şagirdlərin iştirakı ilə musiqi nömrələri təqdim olunub, rəngarəng rəqs ifaları göstərilib. Həmçinin keçirilən ustad dərslərində uşaqlar rəngkarlıq, əl işləri və dekorativ sənət növlərində bacarıqlarını nümayiş etdiriblər.

Fərqli yaş qruplarını əhatə edən tədbir proqramı çərçivəsində uşaqlar tərəfindən boyanmış tematik keramika məmulatları və eko-çantalar kiçik iştirakçılara hədiyyə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью