Cəbrayıl şəhərində ilk dəfə Zəfər Günü qeyd olundu

08.11.2024

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cəbrayıl şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə ilk dəfə bayram konserti keçirilib.

Xalqcebhesi.az xəbər verir ki. bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb.

Qeyd edilib ki, bayram şənliyində Cəbrayıl şəhər və Cocuq Mərcanlı kənd sakinləri, bölgədə fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşları, hərbçilər və onların ailə üzvləri iştirak edib.

Konsert proqramında Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının və Beynəlxalq Muğam Mərkəzinin solistlərinin ifasında musiqi nömrələri səsləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью