Cəbrayıl şəhərində ilk dəfə Zəfər Günü qeyd OLUNDU

08.11.2024

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Cəbrayıl şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə ilk dəfə bayram konserti keçirilib.

Redaktor.az xəbər verir ki. bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb.

Qeyd edilib ki, bayram şənliyində Cəbrayıl şəhər və Cocuq Mərcanlı kənd sakinləri, bölgədə fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşları, hərbçilər və onların ailə üzvləri iştirak edib.

Konsert proqramında Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının və Beynəlxalq Muğam Mərkəzinin solistlərinin ifasında musiqi nömrələri səsləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью