Cəbrayıl şəhərində ilk dəfə Zəfər Günü qeyd olunub FOTOLAR

08.11.2024

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cəbrayıl şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə ilk dəfə bayram konserti keçirilib.

Bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb.

Qeyd edilib ki, bayram şənliyində Cəbrayıl şəhər və Cocuq Mərcanlı kənd sakinləri, bölgədə fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşları, hərbçilər və onların ailə üzvləri iştirak edib.

Konsert proqramında Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının və Beynəlxalq Muğam Mərkəzinin solistlərinin ifasında musiqi nömrələri səsləndirilib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью