Cəbrayıl və Füzulidə yeni yaşıllıq sahəsinin salınması ilə bağlı işlər davam etdirilir

10.12.2024

Icma.az bildirir, Apa.az portalına istinadən.

"Yeni yaşıllıq sahələrinin salınması layihələri çərçivəsində bir neçə ərazidə yaşıllıq sahəsi salınıb".

APA-nın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu ETSN-in şöbə müdiri Kənan Kərimli ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

O bildirib ki, Zəngilan rayonu ərazisində 55,0 ha, Ağdam rayonu ərazisində 11,0 ha və Cəbrayıl rayonu ərazisində 38,0 ha yeni yaşıllıq sahəsi salınıb:

"Hazırda Cəbrayıl və Füzuli rayonları ərazisində yeni yaşıllıq sahəsinin salınması ilə bağlı işlər davam etdirilir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью