Cəbrayıl və Qubadlıda modul xəstəxanalar tikiləcək

29.12.2024

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumata əsasən, Cəbrayıl və Qubadlı şəhərlərində modul tipli xəstəxana tikilməsi qərara alınıb. Artıq həmin xəstəxanaların qurulması ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.

Məlumata görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi xəstəxanaların qurulması ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması işlərini “Storm Building” MMC-yə həvalə edib və onunla dəyəri 217,4 min manat olan müqavilə bağlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью