Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sakinlərin sayı 843 oldu İşğaldan azad olunmuş ərazilərimizdə irimiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsinin, keçmiş məcburi köçkünlərin yurdlarına qayıtmasının vaxtaşırı şahidi oluruq.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu işlər hərbi qələbənin ardınca iqtisadi və sosial canlanmanı təmin etmək məqsədi daşıyır.
Azad olunmuş rayonlarımıza qayıdış prosesi uğurla davam edir. “Böyük qayıdış”ımız 2016-cı ildən başladı!
1993-cü ildə işğal olunan Cəbrayılın Zəfər tariximizdə xüsusi yeri var.
“Böyük qayıdış”ımız 2016-cı ilin Aprel döyüşlərində Cəbrayılın Cocuq Mərcanlı kəndinin azad olunması ilə başlayıb.
İkinci Qarabağ müharibəsindəki ilk uğurlarımızdan biri məhz Cəbrayıl ilə bağlıdır.
Döyüşlərin birinci həftəsində şəhərin azad olunması Vətən müharibəsinin mühüm hadisəsinə çevrildi.