Cəbrayıla köç davam edir FOTOLAR

07.11.2024

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı noyabrın 7-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

“Cebheinfo.az” AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 30 ailə - 150 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Cəbrayıl şəhərində 163 ailənin, yəni 583 nəfərin daimi məskunlaşması təmin edilib.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью