Cəbrayıla qayıdan keçmiş məcburi köçkün: Bütün arzularımız bu günü yaşamaq idi | Icma.az
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"30 ildir, bütün arzularımız bu günü yaşamaq idi, bütün arzumuz Qarabağ idi, bu gün arzularımızın çin olduğu gündür".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Məhəmmədəli Nəbi oğlu İsayev deyib.
O bildirib ki, ömrünün ən gözəl gününü yaşayır: "Həmişə namazımızda, duamızda, arzularımızda, xəyallarımızda olub Cəbrayıl, Qarabağ.
Bu gün bütün dualarımızın qəbul olduğu gündür. Sevincimizi sözlərlə ifadə etmək mümkün deyil.
Cəbrayıla köçəndən sonra Allah ömür versə, yaşayacağam, verməsə də, bu dünyadan gözüaçıq getməyəcəyəm.
Ölsəm də, dərdim olmaz, dünyadan arxayın gedərəm. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq.
Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin!" Xatırladaq ki, bu gün növbəti köç karvanı Cəbrayıl şəhərinə yola salınır.
Tam oxu
Xəbəri oxu