Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Bir sərhədçi anası olaraq, işğaldan azad edilən torpaqlarımıza - doğma Cəbrayılımıza qayıtmaq mənimçün, hər birimiz üçün çox qürurvericidir".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Sevinc Bayram qızı Hüseynova deyib.
O bildirib ki, bu gün Cəbrayıl şəhərinə övladları - ailəsi ilə qayıdır: "Oğlum Dövlət Sərhəd Xidmətində (DSX) xidmətçidir.
Dövlətimizin, onun sərhədlərinin, hər qarış torpağının keşiyində dayanan əsgərlərimizə minnətdarıq ki, bizə bu hissləri yaşatdılar.
Mən də əsgər anası kimi qürur duyuram. Ölkə başçısı daim bizi diqqətdə saxlayıb.
İstər mənzil-məişət səviyyəmizin yaxşılaşdırılması, istər müavinətlərin verilməsi, kommunal xidmətlərdən azad edilməsi, övladlarımızın təhsil haqqından azad edilməsi istiqamətində hər cür addım atılıb.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq.