Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyevlə vida mərasimi keçirilib

18.04.2025

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İmişli rayonu Şəmmədli kənd məzarlığında naməlum əsgər kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyevin nəşi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ailəsinə təhvil verilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, kənddə şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Ələsgər Fərzalı oğlu Mirzəliyev 1969-cu il iyulun 18-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində anadan olub. O, 1993-cü il oktyabrın 24-də həmin kənd istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Ə.Mirzəliyev Cocuq Mərcanlı kəndi "Lələtəpə" qəbiristanlığında dəfn olunacaq.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью