Cəbrayılda əhali üçün səyyar müayinələr keçirilib

14.11.2025

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səhiyyə Nazirliyi Cəbrayıl rayonunda əhali üçün səyyar müayinələr keçirilib.

525.az-a bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aksiya çərçivəsində sakinlər arasında nevroloji, artroloji, dermatoloji, ginekoloji, fizioterapevtik, pediatrik reabilitasiya istiqamətlərində müayinələr aparılıb.

Eyni zamanda, nevroloqlar tərəfindən EMQ (Elektromioqrafiya) və müayinələri aparılıb. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.

Aksiya zamanı 220-ə yaxın vətəndaş müayinələrdən keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью