Icma.az, Sherg.az portalına istinadən məlumat yayır. Qısa müddətdə çox böyük işlər görülüb“Əhali əsasən heyvandarlıq, əkinçiliklə məşğul olu
Həmin proseslər yenə də gedəcək”Yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşmış ailələrdən ibar
Qaradağdan yola salınan köçün bu mərhələsində Cəbrayıl şəhərinə 212 nəfərdən ibarət 37 ailə köçürülüb.
Bir neçə gün əvvəl Cəbrayıla 42 ailə - 205 nəfər köçürülmüşdü.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, əvvəlki dövrlərdə mediada daha çox işğal günləri ilə bağlı məlumatlara rast gəlinirdi.
Ancaq dörd ildir ki, işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışdan, ardıcıl köçdən danışır, onunla bağlı xəbərləri izləyirik.
Deputatın sözlərinə görə, cənab Prezidentin həyata keçirdiyi qətiyyətli, prinsipial siyasət nəticəsində torpaqlarımızı azad etdik: "Dörd ildir işğaldan azad edilmiş bütün ərazilərdə böyük bərpa-quruculuq işləri həyata keçirilir.
O cümlədən Cəbrayılda da həyat yenidən öz axarına qayıdır. Qısa müddətdə çox böyük işlər görülüb.