Azvision saytına istinadən Icma.az xəbər verir.
Bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Trend Beynəlxalq İnformasiya Agentliyinə və ARB24 televiziya kanalına müsahibəsində bildirib.
Nazir qeyd edib ki, 2024-cü ilin sonundan başlayaraq Meşələrin İnkişafı Xidməti böyük istixanaların quraşdırılmasına başlayıb:
"İndiyə qədər 5 böyük istixana kompleksi quraşdırılıb. Hazırda bu istixanalarda illik təxminən 1 milyon ting yetişdirilir. Mərkəzdə həm müasir üsullarla tinglərin yetişdirilməsi həyata keçiriləcək, həm də regional təlim mərkəzi kimi fəaliyyət göstərəcək. İl ərzində 2 milyon ədəd tingin yetişdirilməsi hədəflənir ki, bu da azad edilmiş ərazilərdə meşələrin yenidən qurulmasına əvəzsiz töhfə verəcək.
Eyni zamanda, başlanğıc mərhələsində olan digər alternativ layihələr də mövcuddur," – deyə nazir əlavə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Nazir qeyd edib ki, 2024-cü ilin sonundan başlayaraq Meşələrin İnkişafı Xidməti böyük istixanaların quraşdırılmasına başlayıb: