Cəbrayılda KİA aşıb, sürücü hadisə yerində ölüb

22.10.2026

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cəbrayıl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Elşən Zaur oğlu Rüstəmov idarə etdiyi KİA markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü Elşən Rüstəmov hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью