Cəbrayılda mina partlaması nəticəsində 1 nəfər xəsarət alıb

23.07.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Cəbrayıl rayonunda mina partlayışı nəticəsində bir nəfər xəsarət alıb.

Gununsesi.info görə, hadisə rayonun Həsənli kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü, Cəbrayıl rayonunun Qumlaq kənd sakini Elşən Bəhlul oğlu Şəmilov minalardan tam təmizlənməmiş ərazidə traktorla torpaq şumlayarkən minaya düşüb.

Partlayış nəticəsində o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью