Cəbrayılda minik və yük avtomobilləri toqquşub, ölənlər var | Icma.az
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq. Cəbrayıl rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, "Hyundai" markalı minik avtomobili ilə yük avtomobilinin toqquşması nəticəsində İsmayıllı rayon sakinləri - minik avtomobilinin sürücüsü Asim Şirəliyev və onun sərnişini Rəşad Zərbalıyev ölüb.
Məlumata görə, ölən şəxslər qohumdur. Faktla bağlı Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bizim WhatsApp kanalımıza abunə olun Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu