Cəbrayılda qəza: 2 nəfər öldü

14.11.2024

Bakupost saytına istinadən Icma.az xəbər verir.

Cəbrayıl rayonunda yol qəzası baş verib.

Bakupost.az -ın xəbərinə görə, hadisə bu gün səhər saat 7 radələrində rayonun Niyazqulular kəndi ərazisində qeydə alınıb.

Minik avtomobili və “Shacman” markalı yük maşınının toqquşması nəticəsində iki nəfər -avtomobilin sürücüsü 1980-ci il təvəllüdlü Asim Şirəliyev və sərnişini 1982-ci il təvəllüdlü Rəşad Zərbalıyev dünyasını dəyişib.

Faktla bağlı Cəbrayıl Rayon PŞ-də araşdırma gedir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью