Cəbrayılda siqaret istehsal ediləcək

12.05.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

"Baku International Tobacco" MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının (Cəbrayıl rayonu) rezidenti statusu verilib.

Bakıvaxtı.az bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, yeni rezident adından göründüyü kimi tütün məmulatları (siqaret) istehsal edəcək. İnvestisiya dəyəri 47 milyon manat təşkil edən layihə çərçivəsində istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.

"Araz Vadisi İqtisadi Zonası"nda 20 sahibkarlıq subyektinə rezident, 3 sahibkara isə qeyri-rezident statusu verilib. Sahibkarlar indiyə qədər Sənaye Parkına 48,3 milyon manatdan çox investisiya qoyub, 130-dan artıq iş yeri yaradıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью