Cəbrayılda sursat partlayışı nəticəsində xəsarət alan hərbçi dünyasını dəyişib

07.04.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 7 aprel, AZƏRTAC

Xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində aşkar edilən sursat partlayışı nəticəsində Lənkəran rayonundan olan hərbçi Əsgər Musazadə ağır xəsarətlər alıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, ona ilkin tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Hərbi Prokurorluqda və DSX-də araşdırmalar aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью