Cəbrayılda təmirbərpa işlərinə baxış keçirilib, ağacəkmə aksiyası təşkil olunub FOTOLAR

23.12.2024

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin və Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Ağıllı Tingçilik və Dostluq Meşəsi Kompleksi"nin ərazisindəki Ağıllı Tingçilik təsərrüfatını təmin edən və Dostluq bulağını qidalandıran Hüseynağa kəhrizində aparılan təmir-bərpa işlərinə  baxış keçirib. 
Daha sonra iştirakçılar Cəbrayıl şəhərinin yaxınlığındakı “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin əkin ərazisində keçirilən ağacəkmə aksiyasında iştirak edib və zeytun ağacları əkiblər.
b
 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью