Cəbrayılda xəstəxana işçisi həbs edildi: 17 minlik dələduzluq KONKRET | Icma.az
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının “baş təsərrüfat qardaşı” vəzifəsində işləmiş şəxs dələduzluğa görə həbs edilib.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, o, bir neçə nəfəri işə düzəldəcəyi vədi ilə aldadıb.
Qeyd olunur ki, o, vəd verdiyi şəxslərdən ümumilikdə 17 min manat pul alıb. Xəlil A. bu əməllərini 2023-cü ildən törətməyə başlayıb.
Pul aldığı şəxsləri xadimə, gözətçi, qeydiyyatçı işinə düzəldəcəyini vəd edib.
Xadimə işinə görə 8 min manat, gözətçi işinə görə 4 min manat, qeydiyyatçı işinə görə isə 5 min manat pul alıb.
O, aldığı pulları xəstəxananın direktoruna verəcəyini deyib. Amma vədinə əməl etmədiyinə görə zərərçəkmiş şəxslər narazılıq edib.
Onlar xəstəxananın direktoru Anar Zamanovun yanına gedərək şikayət ediblər. Anar Zamanov Xəlilin yalan danışdığını deyib.
Tam oxu
Xəbəri oxu