Cəbrayılda yol qəzası baş verib, 2 nəfər ölüb

14.11.2024

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cəbrayıl rayonunda yol qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün səhər saat 7 radələrində rayonun Niyazqulular kəndi ərazisində qeydə alınıb.

Minik avtomobili və “Shacman” markalı yük maşınının toqquşması nəticəsində iki nəfər -avtomobilin sürücüsü 1980-ci il təvəllüdlü Asim Şirəliyev və sərnişini 1982-ci il təvəllüdlü Rəşad Zərbalıyev dünyasını dəyişib.

Faktla bağlı Cəbrayıl Rayon PŞ-də araşdırma gedir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью