Cəbrayıldakı yol qəzasında 2 nəfər öldü

14.11.2024

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cəbrayıl rayonunda yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə bu gün səhər saat 7 radələrində rayonun Niyazqulular kəndi ərazisində qeydə alınıb.

Minik avtomobili və “Shacman” markalı yük maşınının toqquşması nəticəsində iki nəfər -avtomobilin sürücüsü 44 yaşlı Asim Şirəliyev və sərnişini 42 yaşlı Rəşad Zərbalıyev dünyasını dəyişib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью