“Cəbrayıl”ı Təmkin Xəlilzadə yox, o çalışdıracaq

31.01.2025

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Futbol üzrə ölkə çempionatının 1-ci liqasında yarışan “Cəbrayıl”ın baş məşqçisi Elhad Nəzirinin istefa verdiyini xəbər vermişdik.

Artıq komandanın yeni baş məşqçisi bəlli olub. Daha doğrusu, bəzi həmkarlarımız qarabağlıları Təmkin Xəlilzadəyənin çalışdıracağını iddia edir. “Football-plus.az” bu xəbərin nə dərəcədə doğru olduğunu “Cəbrayıl”ın himayədarı və direktoru Şahin Məmmədovdan soruşub:

“Xeyr, bu məlumatlar həqiqəti əks etdirmir. Əli Muradovla anlaşmışıq. Bir həftə idi məşqlərə rəhbərlik edirdi. Srağagün tam dəqiqləşdi”.


ƏSƏD SEYİDOV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью