Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Birinci liqanın 20-ci turunda autsayderlər üz-üzə gəldi. “Cəbrayıl” – “Qaradağ Lökbatan” matçı qolsuz bitdi.
Təbii ki, qələbə qarabağlıların 1-ci liqada yerini qorumaq şansını bir qədər də artıracaqdı. “Cəbrayıl”ın baş məşqçisi Əli Muradov komandasının hədəfinə çatmamasını belə izah etdi:
“Qələbə qazana bilməməyimizə hələ də fiziki hazırlığımızın yetərli olmaması səbəb oldu. Hələ şansımız var. İrəlidə bizi oyunlar gözləyir. 1-ci liqada yerimizi qoruya biləcəyimizi düşünürəm”.
ƏSƏD SEYİDOV