Cəbrayılın işğalı nəticəsində vurulan ziyan nə qədərdir?

08.02.2025

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Cəbrayıl şəhəri, Xələfli, Xudafərin, Qumlaq, Mahmudlu qəsəbələri və 92 kənddən ibarət Cəbrayıl rayonunun işğal edilməsi nəticəsində 52 min 141 dinc sakin didərgin salınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində bildirib.

Qeyd olunub ki, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 15 min 206 əmlak üzrə 2,1 milyard manatdan artıq maddi ziyan vurulub.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью