CECECO və ECOSF nin təmiz enerji anlaşması

20.11.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi ­(CECECO) və Elm Fondu (ECOSF) İƏT regionunda təmiz enerji, elmi tədqiqatlar, innovasiyalar və dayanıqlı inkişaf sahələrində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş anlaşma memorandumu imzalayıblar.
Sənədi mərkəzin icraçı direktoru Aysel Yaqubova və İƏT Elm Fondunun prezidenti Seyed Komeyl Tayebi imzalayıblar. Təşkilatlar arasında qarşılıqlı fəaliyyətin, elmi-texniki əməkdaşlığın inkişafına və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə dayanıqlı enerji həllərinin təşviqinə töhfə verəcəyi gözlənilir.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью