Çeçen generaldan şok açıqlama: “Bu, İsrailin məhvinə gətirəcək”

20.08.2026

Icma.az, Olke.az saytına istinadən bildirir.

Ölkə.az xəbər verir ki, bunu Rusiya Ordusunun Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini və Çeçenistanın “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri general-leytenant Apti Alaudinov TASS-a müsahibəsində deyib.

Onun fikrincə, İsrail Yaxın Şərqdəki müharibələrinə NATO və ABŞ-ni cəlb etməyi hədəfləyir.

“Yaxın Şərqdəki müharibənin yalnız şiddətlənəcəyini anlamalıyıq. Düşünürəm ki, İsrailin məqsədi məhz budur: münaqişəni mümkün qədər şiddətləndirmək və həm ABŞ-ni, həm də bütün NATO blokunu ora cəlb etməkdir”, - A.Alaudinov qeyd edib.

General söyləyib ki, nəticədə İsrail öz gücünü həddindən artıq yüksək qiymətləndirəcək və özünü bir dövlət kimi qoruya bilməyəcək.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью