Çeçenistan rəhbərindən Trampa sərt sözlər VİDEO

05.12.2024

Icma.az bildirir, Sonxeber.az portalına istinadən.

Çeçenistan rəhbərindən Trampa sərt sözlər - VİDEO

Rusiya Çeçenistan Respublikasının rəhbəri Ramazan Kadırov mətbuat konfransında ABŞ-ın yeni prezidenti Donald Trampı günahlandırıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Trampın yenidən prezident olduqdan sonra Ukraynada müharibəni bitirəcəyinə dair vədinə toxunan Kadırov, "Tramp 24 saat ərzində müharibəni dayandıracağına söz verdi. Görək o, necə bir insandır" - dedi.

Kadırovun sözlərinə hələlik ABŞ-dan heç bir cavab gəlməyib. Tramp Ukraynanı Rusiya ilə müharibəsində dəstəkləmək üçün xərclənən milyardlarla dolları tənqid edib və "24 saat ərzində" danışıqlar yolu ilə müharibəni bitirəcəyini vəd edib.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью