Çeçenistanda polisə hücum: ölən və yaralanan var

07.04.2025

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Çeçenistanda naməlum şəxs yol polisi postuna hücum edərək polis əməkdaşını bıçaqlayıb, bundan sonra o, öldürülüb.

Bakupost.az xəbər verir ki, bu barədə “112” Telegram kanalı məlumat yayıb.

Xəbərə görə, hadisə Açxoy-Martan şəhərinin Kadırov küçəsində baş verib.

"Polis əməkdaşı bıçaqlanıb. Hücum edən şəxs hadisə yerində cavab atəşi ilə məhv edilib", - məlumatda deyilir.

Polis ərazidə yolları bağlayıb və hadisənin bütün hallarının aydınlaşdırılması istiqamətində əməliyyat tədbirləri həyata keçirir.

Zaur,BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью