Icma.az bildirir, Bizim media portalına istinadən.
Çeçenistan Respublikasının hazırkı rəhbəri Ramzan Kadırov bütün bülletenlərin hesablanmasından sonra region rəhbəri seçkilərində qalib gəlir.
Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.
Onlayn tablonun məlumatına görə, bülletenlərin 100 faizi hesablandıqdan sonra Ramzan Kadırov 99,85 faiz səs toplayıb. Digər iki namizədin hər biri 0,05 faiz səs əldə edib.
Bu il Çeçenistan Respublikası rəhbəri seçkilərində üç namizəd iştirak edib. Bunlar hazırkı respublika rəhbəri Ramzan Kadırov (“Vahid Rusiya”), Çeçenistan Respublikasının İctimai Palatasının sədri İsmail Denilxanov (“Ədalətli Rusiya”) və Çeçenistan Respublikası parlamentinin deputatı Xalid Nakayevdir (Rusiya Federasiyası Kommunist Partiyası – KPRF).
Bizim.Media