Çeçenistanda xüsusi təyinatlı polis alayının kazarması hücum yaralılar var

12.12.2024

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çeçenistanda Axmat Kadırov adına xüsusi təyinatlı polis alayının kazarması üzərində PUA-nın zərərsizləşdirilərək partlaması nəticəsində 4 polis əməkdaşı yüngül xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Çeçenistan lideri Ramzan Kadırov bildirib.

Çeçenistan rəhbərinin sözlərinə görə, havada partlayan PUA binanın damını zədələyib, şüşələri qırıb. Əraziyə düşən hissələr yanğına səbəb olub, yanğın tez bir zamanda söndürülüb.

“Binaya ciddi ziyan dəyməyib”, – Kadırov qeyd edib.

Məlumata görə, zərərsizləşdirilən PUA Ukrayna Silahlı Qüvvələrinə məxsus olub. (APA)

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью