Çeçenistanda xüsusi təyinatlı polis alayının kazarması hücuma məruz qalıb, yaralılar var

12.12.2024

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Axmat Kadırov adına xüsusi təyinatlı polis alayının kazarması üzərində PUA-nın partlaması nəticəsində 4 polis əməkdaşı yüngül xəsarət alıb.

APA xəbər verir ki, bu barədə Çeçenistan lideri Ramzan Kadırov bildirib.

Çeçenistan rəhbərinin sözlərinə görə, havada partlayan PUA binanın damını zədələyib, şüşələri qırıb. Əraziyə düşən hissələr yanğına səbəb olub, yanğın tez bir zamanda söndürülüb.

“Binaya ciddi ziyan dəyməyib”, - Kadırov qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью