Çeçenistanda xüsusi təyinatlılara hücum: yaralılar var

12.12.2024

Icma.az, Bakupost portalına istinadən məlumat verir.

Çeçenistanda Axmat Kadırov adına xüsusi təyinatlı polis alayının kazarması üzərində PUA-nın zərərsizləşdirilərək partlaması nəticəsində 4 polis əməkdaşı yüngül xəsarət alıb.

Bakupost.az xəbər verir ki, bu barədə Çeçenistan lideri Ramzan Kadırov bildirib.

.

Çeçenistan rəhbərinin sözlərinə görə, havada partlayan PUA binanın damını zədələyib, şüşələri qırıb. Əraziyə düşən hissələr yanğına səbəb olub, yanğın tez bir zamanda söndürülüb.

“Binaya ciddi ziyan dəyməyib”, - Kadırov qeyd edib.

Məlumata görə, zərərsizləşdirilən PUA Ukrayna Silahlı Qüvvələrinə məxsus olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью