Çeçenistanı tərk etmiş qız Yerevanda ölü tapılıb | Icma.az
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistan polisi Çeçenistan əsilli Ayşat Baymuradovanın Yerevanda ölü tapıldığını bildirir.
Onun Rusiyanı ailə zorakılığından dolayı tərk etdiyi deyilirdi.
Baymuradovanın itkin düşdüyü açıqlanmışdı və hüquq müdafiəçiləri onun oğurlanaraq Çeçenistana aparılmasından şübhələnirdilər.
Oktyabrın 19-da bir vətəndaş polisə zəng edərək Yerevanın Demirçyan küçəsində kirayə mənzillərdən birində qadın meyiti tapıldığını bildirib.
Polis əməkdaşları hadisə yerinə gedib. Tapılan meyitin oktyabrın 17-də itkin düşən 23 yaşlı Ayşat Baymuradovaya məxsus olduğu üzə çıxıb.
Polis ilkin istintaq aparıldığını, ölüm səbəbinin hələlik, açıqlanmadığını bildirib.
Baymuradova Çeçenistandan Şimali Qafqazdan qadınlara yardım göstərən hüquq müdafiə təşkilatının köməyi ilə çıxıb.
Tam oxu
Xəbəri oxu