Çeçenistanın paytaxtı PUA atəşinə məruz qalıb

04.12.2024

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Çeçenistan prezidenti Ramzan Kadırov bu gün paytaxt Qroznının mərkəzinə PUA hücumu olduğunu açıqlayıb.

APA xəbər verir ki, Çeçenistan lideri hadisə zamanı bir neçə nəfərin xəsarət aldığını deyib.

"Bu gün onlar şəhərin mərkəzinə pilotsuz təyyarə ilə zərbələr endiriblər. Onlar yanacaqdoldurma məntəqəsini, polis alayının damını dağıdıblar. Mülki əhali xəsarət alıb", - deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью