Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Moskvanın Yaroslavski vağzalında naməlum şəxslər bir nəfəri qaçırıblar İyunun 3-ü axşam saatlarında Rusiyanın Telegram kanalları bir neçə nəfərin Moskvanın Yaroslavski dəmir yolu vağzalında bir nəfəri sürüyərək sonra onu “Mercedes” markalı avtomobilin yük yerinə itələdiyi videonu dərc edib.
AzPost bildirir ki, kişi yoldan keçənləri köməyə çağırıb və polisə zəng etmələrini istəyib, lakin heç kim cavab verməyib.
Hadisə şahidlərinin sözlərinə görə, qaçıranlar silahlı olub.
Nəqliyyat polisi adam oğurluğu ilə bağlı xəbərlərdən sonra araşdırmalara başladığını bildirib.
Təhlükəsizlik qüvvələrinə yaxın olan “Baza” telegram kanalı səhər saatlarında “Mercedes”in Yaroslavski vağzalına gətirildiyini yazıb.
Orada istintaq hərəkətləri aparılır, lakin qaçırılan şəxsin harada olduğu məlum deyil.
Baza iddia edir ki, adamın aparıldığı avtomobil tez-tez Ramazan Kadırovun yaxınlarından olan Səidəhməd Eldarbiyevin avtomobilini müşayiət edib.