CedoviçHandanoviç: “Serbiya Azərbaycandan gündəlik 2 milyon kubmetrə qədər qaz tədarükü gö…
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Serbiya bu qış Azərbaycandan gündəlik 2 milyon kubmetrə qədər qaz tədarükü gözləyir.
Bu barədə “Report” Serbiyanın mədənçilik və energetika naziri Dubravka Cedoviç-Handanoviçə istinadən məlumat verir.
Onun sözlərinə görə, enerji böhranı hələ başa çatmayıb və Serbiya qışa maksimum yaxşı hazırlaşmaq və bazar tendensiyalarından mümkün qədər az asılı olmaq üçün əlindən gələni edib.
"Biz İES və SES-ləri təmir etdik, qaz anbarlarını doldurduq.
Hazırda "Banatski dvor" yeraltı qaz anbarında və Macarıstanda ümumilikdə təxminən 440 milyon kubmetrə yaxın qaz saxlanılır.
Biz həmçinin “Banatski dvor”un genişləndirilməsi layihəsinə başladıq ki, bu da onun gücünü əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.
Əlavə olaraq, biz Rusiya və Azərbaycandan qaz tədarükünü təmin etmişik", - nazir qeyd edib.
Tam oxu
Xəbəri oxu